ABŞ dövlət katibi Con Kerri Kolumbiyada səfərdədir. Onun rəsmilərlə təhlükəsizlik, narkotik qaçaqmalçılıq və ticarət barədə danışıqlar aparacağı gözlənilir. Bu, cənab Kerrinin dövlət katibi vəzifəsinə təyin olunmasından sonra Cənubi Amerikaya ilk səfəridir.
Kolumbia höküməti FARC kimi tanınan sol təmayüllü Kolumbiya İnqilabi Silahlı Qüvvələri ilə 50 ilə yaxındır davam edən münaqişəyə son qoymaq üçün sülh danışıqlarına başlayıb.
ABŞ-ın Kolumbiyadakı səfiri Maykl MakKinley bildirib ki, Birləşmiş Ştatlar ölkədə sülhü və Kolumbiyanın post-konflikt keçid prosesini dəstəkləyir.
Kolumbiya ABŞ-ın Latın Amerikasında ən yaxın müttəfiqidir, amma rəsmilər son vaxtlarda Vaşinqtonun region boyu telefon və internet məlumatlarını izləməsi barədə sabiq ABŞ kəşfiyyatçısının açıqlamalarını narahatlıqla qarşılayıblar.