Kobanidə döyüşlər zamanı 660 insan həlak olub

İnsan haqları qrupununun bildirdiyinə görə, Kobanidə bir aydır davam edən döyüşlər zamanı 660 insan həyatını itirib.

Briyanyada yerləşən Suriya İnsan Hüquqlarının Müşhaidəsi təşkilatı bildirir ki, təxminən 380 İslam Dövləti qrupu yaraqlısı kürd qüvvələri ilə Əyn Əl-Ərəb ərazisində döyüşlər əsnasında öldürülüb.

Həlak olanlar arasında 260 kürd döyüşçüsü və 17 sakin var. İslam Dövləti qrupunun hücumu nəticəsində 10 minlərlə insan Türkiyəyə qaçıb.

Birləşmiş Ştatlar və digər müttəfiqlər tərəfindən kürd döyüşçülərə dəstək məqsədl ilə Kobanidə İslam Dövləti qrupuna havadan intensiv hücumlar təşkil olunur.

ABŞ ekspertləri yüzlərlə yaraqlının hücumlar zamanı öldürüldüyünü güman edir.