ABŞ-ın hərbi avasiyası Suriyanın Türkiyə ilə sərhəd yaxınlığında yerləşən Kobani şəhərində İslam Dövləti qrupunun yaraqlılarına qarşı mübarizə aparan kürd döyüşçülərinə havadan silah, hərbi sursat və tibbi ləvazimat çatdırıb.
Havadan hərbi və tibbi yardımın çatıdırıldığını elan edən ABŞ-ın Mərkəzi Komandanlığı Kobanidə vəziyyətin gərgin olduğu və şəhərin İslam Dövləti yaraqlılarının əlinə keçə bilmək təhlükəsinin hələ də qaldığını bildirib.
ABŞ-ın hərbi təyyarələri və bombardmançıları Kobanidə və şəhərin ətrafında 135-dən artıq hava hücumu keçirib. ABŞ hərbi qüvvələri hava hücumlarının İslam Dövləti qrupunun irəliləməsinə mane olduğunu və yüzlərlə militantın öldürüldüyünü bildirib.
ABŞ-ın havadan silah yardımı kürd döyüşçülərinin İslam Dövləti qrupunun Kobaniyə nəzarəti ələ keçirməsinə müqaviməti davam etdirə bilməsi məqsədilə edilib.
İslam Dövləti qrupunun yaraqlıları və kürd döyüşçülər arasında Kobaniyə nəzarət uğrunda üç həftədən artıqdır döyüşlər gedir.
ABŞ-ın yüksək səviyyəli rəsmiləri prezident Barak Obamanı telefon söhbəti zamanı Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğanı havadan silah çatdırılacağı ilə bağlı məlumatlandırdığını bildiriblər.
ABŞ rəsmilərinin sözlərinə görə, onlar Türkiyənin kürd döyüşçülərinin silahlandırılması ilə bağlı narahatlıqlarını başa düşür.