Koalisiya qüvvələrinin səkkiz əfqan uşağı öldürdüyü ehtimal edilir

  • Amerikanın səsi

Koalisiya qüvvələrinin səkkiz əfqan uşağı öldürdüyü ehtimal edilir

Əfqanıstanda NATO rəsmiləri koalisiya qüvvələrinə aid təyyarənin ötən həftə keçirdiyi reyd zamanı səhfən bir neçə usağın öldürüldüyü ehtmalının mövcud olduğunu bildirib.

Əfqanıstan prezidenti Həmid Karzai fevral ayında səkkiz uşağın öldürüldüyünü deyərək hava hücumlarını pisləyib. O, hadisə ilə əlaqədar tədqiqat aparılmasına sərəncam verib.

NATO-nun sözcüsü general Karsen Cakobson bu gün koalisiya təyyarələri və quru qoşunlarının Kapinsa vilayətində yaraqlılara hücum etdiyini bildirib.

Reyddən sonra NATO qüvvələri həlak olanlar arasında fərqli yaşlarda bir neçə əfqan uşağın cəsədini aşkar ediblər. Cakobson deyib ki, günahsız insanların həlak olması faicədir. Lakin o təkidlə bildirib ki, insan tələfatının səbəbləri müəyyən olunmayıb.