Koalisiya qüvvələrinə hücum edən şəxs öldürülüb

  • Amerikanın səsi

Əfqan əsgər uniformasını geyinmiş hücumçu Əfqanıstanın şərqində bir qrup NATO əsgərlərinə atəş açaraq bir əsgəri öldürüb. Bugünkü hadisə bu il əfqan əsgərinin və ya əsgər uniforması geymiş hücumçunun koalisiya qüvvələrinə atəş açdığı 15-ci insidentdir.

NATO-nun bəyanatında həlak olmuş əsgərin milliyyəti və ya hücumçunun statusu barədə məlumat bildirilməyib.

Əfqanıstan rəsmiləri hücumun Kunar vilayətində baş verdiyini deyib. Taliban hücuma görə məsuliyyəti öz üzərinə götürüb. Amma yaraqlı qrup müntəzəm olaraq törətmədiyi zorakılıqları da öz üzərinə götürür.

Bu ayın əvvəli əfqan əsgərinin uniformasını geyinmiş adam bir qrup NATO koalisiya əsgərlərinə güllə atdıqdan sonra öldürülmüşdü.