Klounlar daha çox güldürür, yoxsa qorxudur? [Video]

Your browser doesn’t support HTML5

Uzun illər ərzində klounlar uşaqları güldürüb…

Son zamanlar isə klounlar qorxudurlar.

“Məncə onlar həqiqətən də qorxuludur. Bilmirəm nə üçün. Ola bilər uşaqlıqda gördüyüm “O” filminə görə. HəminO zamandan bəri klounları görəndə qorxuram.

“Maska taxırlar. Maskanın arxasında nə olduğunu bilmirsən. Bəlkə orada “O”dur? Məncə onlar ürpədicidirlər.”

Bu cavab tarixçi və keçmiş peşəkar kloun Devit Karlionu təəccübləndirmir.

“Mənim nəzəriyyəmə görə, hər tərəfə müsbət işıq saçan və hər bir uşağın dostu olan klounun görüntüsü o qədər şişirdildi ki, sonda həmin görüntü partladı.”

Ona görə də Marsel Marso kimi nəzakətli sirk klunlarının gülümsəməsi əvəzinə…

biz kobud klounlar görürük. Onlar gülə bilər… amma bu əsəbi gülüşdür, sevinc gülüşü deyil.

Sevinc gülüşü gətirən kloun olmaq istəyənlərin sayı çoxdur. Los Ancelesdə yerləşən Kloun Məktəbinin təlimçisi Zak Stil deyir ki, o, pis klounlar haqqında steriotipə əhəmiyyət verməməyi seçir. Tələbələri də həmçinin.

“Mən günümü bu fikirlərlə mübarizəyə həsr etsəm başqa heç bir işə vaxtım qalmayacaq. Həqiqi klounlar bu cür mübahisələrə baş qoşmamalıdır. Onlar bizim həyata pozitivlik, yaradıcılıq və fantaziya gətirməlidir. Onlar bizim həyata həzz və şənlik gətirməli, bir-birimizlə bu hissləri paylaşmağımızı təmin etməlidirlər.”

C.C. Kloun kimi tanınan Liza Lonq deyir ki, digərləri ilə paylaşıla bilən xoş hislər bu sənətin parlaq gələcəyi olduğunun sübutudur.

“Ürəkdən gülmək və doyunca əylənmək imkanı əlinizə tez-tez düşürmü? Mən düşünürəm ki, insanlar gülüşə bağlıdırlar. Uşaqları əyləndirən peşəkar kimi mən gün ərzində, hətta həftə ərzində gülməyən uşaqlara gülüş gətirə bilirəm. Məncə klounlar insanları məhz buna görə cəlb edir. Gülüş gətirə bildikləri üçün.”

O deyir ki, nə qədər ki, uşaqlar olacaq, klounluq peşəsinin gələcəyi həmişə olacaq.