ABŞ-ın Alabama ştatında həyati təhlükəsi olan qasırğa barədə xəbərdarlıq yayılıb

Sunoptiklər ABŞ-ın Alabama ştatının mərkəz bölgəsində ciddi daşqınlar barədə xəbərdarlıq yayıb.

Güclü yağışıar Bürminqham və Tuskalanuz metropoliteni ətrafında su səviyyəsini artırıb.

Alabamanın Nortport şəhərində 20-yə yaxın insan xilas edilib.

Villac Crik və yaxınlıqdakı Enslidə daşqınların hündürlüyü 4 metrə yaxın olub.

Havanın kəskin pisləşməsinə Corciya və Karolina ştatlarında başlayan tropik qasırğası səbəb olub.

Bölgədə küləyin sürəti saatda 40 kilometrə çatıb. Milli Qasırğa Mərkəzi qasırğanın şərqə istiqamət aldığını bildirir.

Klodet adlandırılan qasırğa bazar ertəsi Atlantik okenı üzərindən keçərək Şimali Karolinin şərq bölgəsinə çatacaq.