Hillari Klintonun seçki komandası xristianlar barədə dedikləri ilə diqqət mərkəzindədir

ABŞ prezidentliyinə demokrat namizəd Hillari Klintonun seçki komandası xristianlığın tədrisi, evangelist, protestantlar, habelə onların seçkilərə siyasi təsiri barədə dedikləri ilə diqqət mərkəzindədir.

WikiLeaks Klinton kampaniyasının hakerlər tərəfindən oğurlanan elektron poçt məktublarında yazılanları açıqlayıb.

Ölkənin ən mühafizəkar xristianları olan katoliklər dini bayağılaşdırır.

Emaillərin birində kampaniya sözçüsü Cennifer Palmierinin Amerikanın İnkişaf Mərkəzindən Con Halpinqlə yazışması zamanı Halpinq ölkənin ən mühafizəkar xristianları olan katoliklərin dini bayağılaşdırdığını yazıb.

"Onlar sistematik bir təfəkkürə cəlb edilərək, gender münasibətlərində geriyə gedirlər. Onlar bütövlükdə xristian demokratiyasından xəbərsizdirlər," Halpinq yazıb.

Palmieri isə ona cavabında Katolisizmin ictimaiyyət tərəfindən qəbul edilən siyasətləşdirilmiş mühafizəkar bir din olduğunu deyib.

2011-ci il məktublaşmalarının digərləri Klinton kampaniyasının rəhbəri Con Podestaya aiddir. Podesta "Ərəb baharı" hərəkatından ruhlanaraq özünü "Katolik baharı" adlandıran qrupun rəhbəridir.

Trampın reaksiyası

ABŞ prezidentliyin Respublikaçı namizəd Donald Tramp Klintonun kadrlar heyətinin email sousunun katoliklər və yevangelistlərə qarşı ciddi hücum kimi dəyərləndirib.

“Bu, Klinton kampaniyasının dindar amerikalılara qarşı nifrətinin daha bir nümunəsidir,” Tramp tərəfdarları qarşısındakı çıxışında bildirib.

Bu, Klinton kampaniyasının dindar amerikalılara qarşı nifrətinin daha bir nümunəsidir

Qalmaqalda Demokratiya Partiyasının prezidentlik yarışlarına qoşulan Berni Sandersin də adı hallanır.

Məktublarda onun namizədliyinin Klinton kampaniyasının rəsmiləri tərəfindən etibardan salındığı irəli sürülüb.