ABŞ Dövlət katibi Hillari Klinton Misirə səfərini mülki və hərbi liderlərlə danışıqlar zamanı Briləşmiş Ştatların ağır iqtisadi durumda olan ölkəyə yardım təklifi ilə başa çatdırır.
Dövlət Departamentinin rəsmisinin bildirdiyinə görə, xanım Klinton ABŞ-ın yardımla bağlı təkliflərini bazar günü Qahirədə Misirin yüksək rütbəli hərbi komandiri marşal Hüseyn Tantavi ilə görüş zamanı müzakirə edib. Görüş zamanı Tantavinin xanım Klintona Misir iqtisadiyyatının bərpasının ölkə üçün başlıca prioritet olduğunu dediyi bildirilir.
Dövlət katibi Klinton ABŞ-ın yardımın detalları haqda şənbə günü Misir prezidenti Məhəmməd Mursi ilə görüş zamanı söz açıb.
Amerikanın səsinin ABŞ Dövlət katibini səfər zamanı müşayiət edən müxbiri Skot Sterns Birləşmiş Ştatların yardım paketinin böyük hissəsinin Misirin borcunun azaldılmasına yönəldiyini deyib.
Xanım Klinton və prezident Hüsnü Mübarəkin hakimiyyətdən devrilməsindən sonra Misirdə keçid hökumətinin lideri olan marşal Tantavi regional sabitlik, ölkədə siyasi keçid prosesi və bütün misirlilərin hüquqlarının müdafiəsinin vacibliyi daxil olmaqla bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparıb.
Klinton Misir xristianlarının liderləri və qadın liderlərlə ayrı-ayrı danışıqlar keçirib. Görüşdən sonra dövlət katibi ABŞ konsulluğunun qarşısında bayrağın ucaldılması mərasimində iştirak etmək üçün İsgəndəriyyə şəhərinə yollanır.
Bazar günü axşam ABŞ Dövlət katibi İsrailə səfər edəcək.
Your browser doesn’t support HTML5