Klintonun email qalmaqalı ilə bağlı istintaq yenidən başlayıb

Your browser doesn’t support HTML5

Cümə günü ABŞ prezident seçki kampaniyası yeni bir “oktyabr sürpirizi” ilə qarşılaşıb. Federal Təhqiqatlar Bürosu (Federal Bureau of İnvestigation-FBI), Konqres üzvlərini Hillari Klintonun dövlət katibi olduğu dövrdə şəxsi email adresindən istifadə etməsi ilə bağlı istintaqa yenidən başladığı barədə məlumatlandırıb. Bu xəbər seçicilərin noyabrın 8-də növbəti prezidenti seçməsinə 11 gün qalmış yayılıb.