ABŞ Dövlət katibi Vaşinqtonda keçirilən Qlobal Diaspor Forumunda çıxış edib
ABŞ Dövlət katibi Hillari Klinton deyib ki, o, Birləşmiş Ştatlarda diaspor icmalarının nümayəndələrinin ya özləri fərdi qaydada, ya da Amerika hökuməti ilə tərəfdaşlıq əsasında vətənlərində problemlərin həllinə kömək edə biləcəyinə inanır.
Xanım Klinton Vaşinqtonda ikinci ildir keçirilən Qlobal Diaspor Forumunun açılışında nitq söyləyib. İki gün sürəcək tədbirə ABŞ-da diaspor icmalarının 500-dən çox nümayəndəsi və Birləşmiş Ştatların yüksək səviyyəli rəsmiləri qatılıb. Bu il “Vətənə kömək edərək irəliyə getmək” şüarı altında keçirilən forumda diaspor icmalarının üzvləri ilə ABŞ hökuməti arasında tərəfdaşlıq məsələləri diqqət mərkəzində olacaq.
Dövlət katibi Klinton Vaşinqtonun Suriya müxalifətinin yeni hökumət formalaşdırmaq səylərini gücləndirməsi işində ABŞ-dakı Suriya diaspor üzvlərinin tövsiyələrini qeyd edib. O deyib ki, xaricidə yaşayan suriyalılar beynəlxalq ictimiayyət və ölkənin daxilində fəaliyyət göstərən müxalifət arasında bir körpü rolunu oynayır.
Dövlət katibi Klinton həmçinin Suriya diasporunun ölkəni bürümüş zorakılıqların təsirinə məruz qalan insanlar üçün maliyyə fondları və yardımın toplanması işində köməyinə yüksək qiymət verib.