Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şərqşünaslıq İnstitutunun böyük elmi işçisi Yeganə Hacıyevanın “İran İslam İnqilabından sonra cənubi azərbaycanlıların ana dili uğrunda mübarizəsi (1979-2005-ci illər)" adlı kitabı çapdan buraxılıb. Bu barədə müəllifin özü Amerikanın Səsinə bildirib.
Onun sözlərinə görə, kitabda İran hakim qüvvələrinin Azərbaycan türkcəsini sıxışdırmaq və azərbaycanlıların milli şüurunu kosmopolitləşdirmək cəhdlərinə qarşı Cənubi Azərbaycan türklərinin mübarizəsinin tarixi araşdırılıb.