Yanvarın 19-u Amerikada Martin Lüter Kinqin xatirəsi anılır [Fotoqalereya]

Yanvarın 19-u Amerikada Martin Lüter Kinqin xatirəsi anılır.

Vətəndaş hüquqları müdafiəçisi 1955-ci ildə Alabama ştatının Montqomeri şəhərində ictimai nəqliyyata boykot hərəkatına rəhbərlik edib. Hərəkat şəhərdə qaradərililərə tətbiq edilən ayrı-seçkiliyə son qoymağa nail olub.

1950-1960-cı illərin vətəndaş hüquqlarının müdafiəsinin önündə gedən Kinq 1963-cü ildə paytaxt Vaşinqtonda “Mənim bir arzum var” adlı çıxışı ilə milyonlarla insanı ilhamlandırmışdı.

1964-cü ildə o, Nobel Sülh Mükafatına layiq görülmüşdü. Həmin il ABŞ prezidenti Lindon Conson vətəndaş hüquqlarına dair qanuna imza atmışdı.

Martin Lüter Kinq 1968-ci ilin aprel ayının 4-də Tennessi ştatının Memfis şəhərində sui-qəsdin qurbanı olmuşdu.

1983-cü ildən bəri prezident Ronald Reyqan yanvar ayının 3-cü bazar ertəsi gününü milli bayram ,1994-cü ildə isə Konqres bu bayram gününü milli xidmət günü elan edib.

Bu gün amerikalılar könüllü şəkildə ictimai layihələrdə iştirak edir.

ABŞ prezidenti Barak Obama və birinci xanım Mişel Obama ictimai xidmətlər proqramında iştirak edib. Onlar qızlar və oğlanlar klubunda könüllü işləyib.

Obama administrasiyasının digər üzvləri də ölkə boyu təhsil, yoxsulluqla mübarizə, ətraf mühitin mühafizəsi və incəsənət layihələrinə yardım edib.