Şimali Koreya ABŞ və Cənubi Koreya hökumətlərini liderləri Kim Conq Una qarşı sui-qəsd cəhdində günahlandırıb.
Dövlət mediası ölkənin təhlükəsizlik nazirliyinə istinad edərək bəyan edib ki, Pxenyan ABŞ və Cənubi Koreya casuslarını “aşkara çıxarıb amansızcasına məhv edəcək.”
Familiyası sadəcə “Kim” olaraq təsvir edilən Şimali Koreya vətəndaşı, deyilənə görə, agentlərlə 2014-cü ildə Rusiyada işləyərkən əməkdaşlığa başlayıb.
Dövlət Təhlükəsizlik Nazirlyinin bildiridiyinə görə ABŞ və Cənubi Koreya agentlikləri Şiamli Koreya vətəndaşına pul müqabilində sui-qəsd əməliyyatına cəlb edib, onu Kim Conq Unun hərəkətlərini izləmək üçün xüsusi peyk ləvazimatı ilə təchiz ediblər.
Familiyası sadəcə “Kim” olaraq təsvir edilən Şimali Koreya vətəndaşı deyilənə görə agentlərlə 2014-cü ildə Rusiyada işləyərkən əməkdaşlığa başlayıb.
Ölkəyə qayıtdıqdan sonra agentlər dəfələrlə onunla əlaqə saxlamış və ötən ay bio-kimyəvi silahdan istiafə edərək Kim Conq Unu öldürmək tapşırığı vermişlər, deyə Pxenyan bildirir.
Şimali Koreyanın yaydığı bəyanatda kifayət qədər təffərrüata varılmır. Pxenyan tez-tez ABŞ və Cənubi Koreyaya qarşı alovlu bəyanatlar verir, ancaq budəfəki bəyanat spesifikliyinə görə fərqlənir.
Mərkəzi Kəşfiyyat Agentliyi (CIA) ittihamları şərh etməyib.
Bu ilin əvvəlində Kimin mühacirətdə olan ögey qardaşı Malayziya aeroportunda təhlükəsizlik nazirliynin təsvir etdiyi yolla qətlə yetirilmişdi. Həmin kimyəvi hücumun Şimali Koreya tərəfindən həyata keçirildiyi güman edilir. Pxenyan isə bu ittihamları rədd edir.