Deyəsən kilograma pəhriz saxlamaq lazım gələcək. Yeni araşdırmaya görə beynalxaq çəki vahidinin fundamental standartı sayılan silindr şəkilli metal parçanın çəkisi çirklənmə nəticəsində 10 mikroqram artıb.
Nəticədə bu kütlə vahidindən istifadə edən hər ölkənin kiloqram anlayışlarında cüzi fərqlər meydana çıxıb. Bu isə dəqiq ölçülərə əsaslanan elmi təcrübələri və radioaktiv maddələr kimi yüksək məhdudiyyətli mallar üzrə beynəlxalq ticarəti sual altına qoyur.
Tədqiqatçılar təklif edirlər ki, ozon və ultrabənövşəyi şüalardan istifadə edərək kiloqram standartını zədələmədən təmizləmək mümkündür.
Fundamental çəki vahidini dəyişməz saxlamaq üçün “Metrologiya” jurnalının yanvar buraxılışında təsvir edilmiş təmizləmə texnikasından istifadə etmək olar.
Araşdırmalarda iştirak etməmiş Parisdə yerləşən Çəki və Ölçü Beynalxalq bürosundan metrologist Riçard Deyvisin dediyinə görə bu, “vaxt və pul sərf etmədən hər bir insan tərəfindən ortaya qoyulmuş” geniş istifadəsi mümkün praktik metoddur.
Kiloqram ilk dəfə 1875-ci ildə Metr Konvensiyasında beynalxaq standart olaraq qəbul olunub. O zaman alimlər çəkini dəqiq ölçmək üçün ardıcıl, standart metodun olmamasından gileylənirdilər.
Problemi həll etmək üçün alimlər platinum və platinyum-iridiyum qatışığından beynalxaq prototip kiloqram (IPK) adlanan silindir parçası müəyyən etdilər. Kiloqramın tərifini verən silindirin çəkisi 2.2 funt, yəni 1 kiloqramdır. Kiloqram yeddi beynəlxalq ölçü vahidindən biridir.
Birləşmiş Krallıqda yerləşən Newcastle Universitetindən metrologist Piter Kumpson öz araşdırmasında bildirir ki, 1880-ci ildə 40 kiloqram prototipi Metr Konvensiyasını imzalamış ölkələrə paylanıb.