ABŞ-ın İnsan Qaynaqları Agentliyi ikinci böyük kiber hücuma məruz qalıb. Hər iki hücumun Çin hakerləri tərəfindən həyata keçirildiyi ehtimal edilir.
Çin isə bu ittihamları məsuliyyətsiz kimi qiymətləndirərək rədd edir.
Sonuncu hücum kəşfiyyat və ordu personalı haqda məxfi məlumatların ələ keçirilməsini təmin edib.
ABŞ-ın adı açıqlanmayan rəsmisinə istinadən bildirilir ki, Milli Təhlükəsizlik Agentliyi və Mərkəzi Kəşfiyyat İdarəsinə göndərilən təhlükəsizlik məlumatları da ələ keçirilib.
Birinci kiber hücumları zamanı miliyonlarla federal işçinin məlumatı oğurlanıb. ABŞ İnsan Qaynaqları Departamenti bildirib ki, 4 miliyona yaxın sabiq və hazırki federal işçi bu hücumlardan zərar çəkib.
Departament təhlükəsizlik pozuntularını aprel ayında qeydə aldığını və daha sonra nəzarəti gücləndirdiyini bildirib.