ABŞ-ın Daxili Təhlükəsizlik naziri kiber hücumlarla bağlı əsaslı sübutların əldə edildiyini deyib

ABŞ-ın Daxili Təhlükəsizlik naziri bildirib ki, müstəntiqlər milyonlarla federal işçi haqda şəxsi məlumatlar da daxil olmaqla hökumət sənədlərinə kütləvi kiber hücum törədənlərlə bağlı əsaslı sübutlar əldə ediblər.

ABŞ-ın kəşfiyyat orqanlarının bir rəsmisinin Çini günahlandırmasına baxmayarq, Daxili Təhlükəsizlik Naziri Ceh Conson bildirib ki, hökumət hələlik bu barədə açıqlama vermək istəmir.

Ceh Conson əlavə edib ki, hökumət kompyuterlərə hücumların qarşısını almaq üçün ciddi səylər göstərir. O hazırda hökumət strukturlarında kiber təhlükəsizlik səviyyəsinin kifayət qədər yüksək olmadığını deyib.