ABŞ Çini kiberhücumda təqsirləndirir

Çinin hərbi qüvvələri ABŞ Müdafiə Nazirliyinin Pekini kibercasusluq, ABŞ-ın xarici siyasəti və hərbi planlarını oğurlamaqda təqsirləndirdiyi hesabatını rədd edib.

Pentaqonun Çinə dair hesabatında ABŞ kompüter sisteminə edilən bəzi kiberhücumların izinin birbaşa Çin hökuməti və hərbi təşkilatlara aparıb çıxarıdığını deyib.

ABŞ müdafiə nazirinin müavini Deyvid Helvey deyib ki, kiberhücumlar Çin hərbi strategiyasının bir hissəsidir.

İlk dəfədir ki, Çin ordusu haqda çıxarılan illik hesabatda Pekinin ABŞ müdafiə şəbəkəsinə hücum etdiyi qeyd edilib.

Çin Xarici İşlər Nazirliyi bu gün ABŞ-ın hesabatını əsassız adlandırıb. Nazirliyin sözcüsü Hua Çunyinq müxbirlərə Pentaqonun hesabatının şayiə olduğunu deyib.