İki liberiyalı və bir yəmənli qadın Nobel Sülh Mükafatına layiq görülüb

  • Amerikanın səsi

İki liberiyalı və bir yəmənli qadın Nobel Sülh Mükafatına layiq görülüb

İki liberiyalı və bir yəmənli qadın Nobel Sülh Mükafatına layiq görülüb. Mükafat onlara bu gün Osloda təqdim edilib. Liberiya prezidenti Ellen Conson Sirlif və sülh fəalı Leymah Gbovi, habelə yəmənli Təvəkkül Karman medalları sürəkli alqışlar altında qəbul edib. Norveçin Nobel Komitəsi bu qadınların yüksək mükafata sülhvə Libetiyda qadınların mövqeyinin möhkəmləndirilməsi səylərinə görə layiq görüldüyünü bildirib. Sirlif 2005-ci ildə demokratik seçkilər yolu ilə hakimiyyətə gələn ilk qadın olub. 32 yaşlı jurnalist Təvəkkül Karman bu yaşda Nobel Sülh Mükafatına layiq görülən ilk qadındır. Laureatlar 1.5 milyon dollarlıq mükafatı bölüşəcəklər.