Müğənni kimi məşhur olmazdan əvvəl Keti Perri tamamilə başqa şəxsiyyət olub.
Pop ulduzu haqda Vogue jurnalının may buraxılışında danışılır və müğənni jurnala Xristian valideyinlər tərəfindən tərbiyə edildiyini deyib və dindar keçmişindən danışıb.
Perri jurnala deyib ki, “məktəb dövrü keçici idi. Təhsil prioritet deyildi. Mən 20 yaşımda təhsil almağa başlamışam. Və hələ də çox şey öyrənməm lazımdır.”
32 yaşlı pop ulduz Katrin Hadson adı ilə doğulub və valideyinləri onu evdən kənara çox buraxmayıb.
“Mənim homoseksual insanlarla ünsiyyət qurmağıma icazə verilmirdi. Xristian musiqiçisi Emi Qrant bizim Madonnamız idi. Biz Madonna və Merilin Mansonu onların konsertlərinə etiraz aksiyası keşirməyimizə görə tanıyırdıq” deyə Keti bildirib.
Keti o zamandan bəri uzun yol qət edib. Amma uzun illərdən sonra o, yenə də keçmişin təsirini hiss etdiyini bildirir.
“Bazar günləri mənim evim kilsə idi. Şənbə günü axşamlar, çərşənbə günü axşamlar da mən kilsədə olurdum. “Halloween”-i qeyd etmirdik, Milad bayramında hədiyyəni İsa Məsihin bəxş etdiyini öyrədirdilər bizə. Mənim bütün uşaqlığım, gəncliyim və yeniyetmə dövrüm belə keçirdi. Bugünkü gündə belə mən keçmişin qatlarını ata-ata həyatıma davam edirəm” deyə Keti əlavə edib.