Kəşmirdə minlərlə insan etiraz edir

Şənbə günü Hindistanın nəzarət etdiyi Kəşmirdə Hindistana qarşı böyük etirazlar keçirilib və nəticədə qarşıdurma yaranıb. Buna səbəb hökümət qüvvələrinin tanınmış üsyançı komandir və onun regiondakı həmkarını öldürməsidir.

Polisin verdiyi məlumata görə, üsyançı lider Sabzar Əhməd Bhar və onun militant dostu qüvvələr üç üsyançının orada gizləndiyinə dair ipucu alması ilə Tral ərazisini müsadirə etməsindən sonra yaranan silahlı qarşıdurma nəticəsində öldürülüb.

Kəşmir

Polis evdə ilişib qalan azı bir militantla döyüşün davam etdiyini bildirib. Zorakılıqların artması ilə Hindistan əleyhinə şüarlar səsləndirən yüzlərlə qəzəbli sakin evdə ilişib qalan üsyançının qaçmasına yardım etmək üçün yürüş keçirib.

Polis və əsgərlər etirazçılara atəş açıb

Daş atan etirazçılarla hökümət qüvvəsi arasında bir neçə yerdə qarşıdurma baş verib. Polis və yarı-hərbi dəstələrin əsgərləri etirazçıları durdurmaq üçün onlara od tüfəngindən atəş açıb, üzərlərinə bibər qazı atıb.

Üsyançı liderin ölümü ilə bağlı xəbər regionda yayılandan sonra, tələbələr də daxil olmaqla, minlərlə insan küçələrə axışaraq, “Hindistan, geri qayıt” və “biz azadlıq” istəyirik” kimi şüarlar səsləndirib.

Qarşıdurma nərticəsində bir çox mülki vətəndaş xəsarət alıb.

Ötən il buna bənzər etirazlar olub

Ötən il də Kəşmirdə üsyançı lider Burhan Vaninin öldürülməsi böyük etiraz yürüşlərinə və qarşıdurmaya səbəb olmuşdu. Vaninin ölümündən sonra etirazlar aylar boyu davam edib və nəticədə 90-dan çox insan öldürülüb, minlərlə insan isə yaralanmışdı.

Kəşmir

Ordunun verdiyi məlumata görə, şənbə günü Hindistan əsgərləri Kəşmiri Hindistanla Pakistan arasında bölən hərbiləşdirilmiş de-fakto sərhəddə altı şübhəli üsyançı lideri öldürüb.

Ordu sözçüsü polkovnik Raceş Kalianın dediyinə görə, Silahlı qarşıdurma bir sıra ağır silahl militant Kəşmirin Pakistanın nəzarət etdiyi hissəsindən Hindistanın nəzarət etdiyi hissəsinə keçməsindən sonra yaranıb.

Cümə günü isə ordu əsgərlərin həmin ərazidə eynilə Pakistan ərazisindən Hindistan ərazisinə keçən iki şübhəli militant öldürdüklərini bildirib.

Nüvə silahına sahib iki ölkə ərazinin bütövlüklə onlara aid olduğunu iddia edir. Paksitan və Hindistan arasında Kəşmir üzərində iki müharibə olub.
Üsyançı quplar 1989-cu ildən bəri Kəşmirin müstəqilliyi və ya qonşu Pakistanla birləşdirilməsi uğrunda döyüşür. Döyüş və daha sonra Hindistanın təqibi nəticəsində 70 inə yaxın insan ölüb. Hindistan Pakistanı üsyançılara təlim keçib, silahlandırmaqda günahlandırır. Pakistan isə bu ittihamları rədd edir.