ABŞ İsraillə Həmas arasında münaqişəyə təcili son qoyulmasına çağırır [Fotoqalereya]

ABŞ dövlət katibi deyib ki, rəsmilər İsraillə Həmas arasında yüzlərlə insanın ölümünə səbəb olan münaqişəyə son qoyulması yolunda bəzi addımlar atıb. Con Kerri bunu bu gün münaqişə ilə bağlı danışıqlar aparmaq üçün İsrailə getdikdən sonra deyib.

ABŞ dövlət katibi BMT-nin baş katibi Ban Gi Mun və İsrailin baş naziri Benyamin Netanyahu, eləcə də fələstinlilərin prezidenti Mahmud Abbasla görüşüb .

İsrail prezidenti Şimon Pereslə görüşən cənab Pan deyib ki, vaxt itirmədən atəşkəsə nail olmaq lazımdır.

Bu arada İsrail hava qüvvələrinin Qəzza zolağına hücumlarını davam etdirməsi azı 3 nəfərin ölümünə səbəb olub.

İsrailin Həmas yaraqlılarının raket hücumlarına qarşı kampaniyanı başlamasından bəri 630-dan çox fələstinlinin öldüyü deyilir.