Birləşmiş Ştatların dövlət kaqtibi Con Kerri əgər hər şey qaydasında olarsa, İranla nüvə razılaşmasına o qədər də çox müddət qalmadığını deyib.
Cənab Kerri deyib ki, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif onu İranın üzərinə düşdüyü öhdəlikləri tez bir zamanda yerinə yetirəcəyinə əmin edib.
Bundan əlavə cənab Kerri Birləşmiş Ştatların bu həftə bomba sınağı həyata keçirən Şimali Koreyadan diqqətini çəkdiyi ilə bağlı fikirləri rədd edib.
Cənab Kerri Şimali Koreya Pxenyanın müttəfiqi Çinlə danışıqlar apardığını deyib. "Çin müəyyən bir addım atmaq istəyirdi. Biz də onların yalnız öz aralarındakı müzakirələrinə hörmətlə yanaşdıq. Lakin bu gün çinlilərlə söhbət zamanı mənə aydın oldu ki, danışıqlar baş tutmayıb" deyə, cənab Kerri bildirib.