ABŞ-ın iqlim üzrə elçisi Con Kerri çərşənbə axşamı Çinin baş diplomatı Vanq Yiyə deyib ki, o, iqlm dəyişikliyi təhlükəsinin iki ölkə arasında əməkdaşlıq sahəsi ola biləcəyinə ümid edir.
“Biz çox ümidliyik ki, bu, sizinlə mənim və bizim aramızda təkcə iqlim məsələsində müzakirələrin başlanğıcı olmayacaq və biz daha geniş əlaqələri dəyişməyə başlaya bilərik,” Kerri Pekinə səfəri zamanı Vanqa deyib.
ABŞ Dövlət Departamenti bildirib ki, Kerri Çinin “dekarbonizasiyanı sürətləndirməsi, metan emissiyalarını azaltması və meşəsizləşdirmə ilə mübarizə aparmasının” vacibliyini vurğulayıb.
Birləşmiş Ştatlar və Çinin dünyanın ən çox istixana qazları buraxan iki ölkəsidir.
Vanq deyib ki, Çin iki ölkənin yenilənmiş dialoq yolu ilə “istənilən problemə düzgün həll yolu tapa” biləcəyinə inanır.
Kerri çərşənbə axşamı həmçinin Çin baş naziri Li Qianqla görüşüb. O deyib ki, ABŞ və Çin “narahatedici” iqlim dəyişikliyi problemini həll etmək üçün koordinasiyanı gücləndirməlidir.
Çərşənbə axşamı keçirilən danışıqlardan öncə, bazar ertəsi Kerri ilə onun çinli həmkarı Şie Jenhua arasında görüş olub.
Kerri son aylarda iki ölkə arasında münasibətləri yaxşılaşdırmaq səyləri çərçivəsində Pekinə səfər edən ən son ABŞ rəsmisidir. Ondan öncə dövlət katibi Antoni Blinken və maliyyə naziri Canet Yellen Çinə səfər ediblər