Con Kerrinin dövlət katibi vəzifəsinə təsdiqi ilə bağlı dinləmələr keçirilir

ABŞ senatoru Con Kerrinin dövlət katibi vəzifəsinə təsdiqi ilə bağlı dinləmələr keçirilir.

Senatın Xarici Əlaqələr Komitəsinin sədri Kerri Vyetnamdakı hərbi xidməti, Suriya böhranı və Kanadadan Texasa uzanacaq Keysotine XL neft boru kəməri təklifi haqda suallarla üzləşəcək.

Prezidentliyə sabiq demokrat namizəd ABŞ-ın ən zəngin senatorlarından biridir.

Onun namizədliyinin təsdiqinə bahalı holdinqləri və hökumətlə biznes əlaqələrinə malik olan şirkətlərindən çəkiləcəyi vədi diqqət mərkəzində olacaq.Belə ki, bütün bunlar diplomatik qərarlara təsir göstərə bilər.

Kerrinin əmlakı 184 milyon dollar təşkil edir.

Con Kerri vəzifəsindən istefaya çıxacaq Hillari Klintonu əvəz edəcək. Onun təsdiqinin çətin olmayacağı gözlənilir.