Ukrayna prezidenti Rusiyanı aqressiyada ittiham edib

Ukrayna prezidenti Rusiyanı aqressiyada ittiham edib.

Avropa Şurasının Parlament Assambleyasında çıxış edən Petro Poroşenko Kiyevlə separatistlər arasında münaqişənin həlli məqsədi ilə plan tərtib etdiyini və planı dəstəklədiyini deyən Rusiya prezidenti Vladimir Putini sülh planına sözdə deyil, əməldə riayət etməyə çağırıb.

Ukraynanın dövlət başçısı Rusiyanı Ukrayna ilə elan edilməmiş müharibə aparmaqda günahlandırıb. O, Rusiyanın separatistləri dəstəklədiyini, onları silahla təmin etdiyini bildirirək, bu ölkənin əməlini təcavüzkarlıq kimi qiymətləndirib.

Petro Poroşenko həmçinin bildirib ki, Krım qaytarılmadığı təqdirdə, Rusiya ilə qarşılıqlı münaibətlərin normallaşması mümkün olmayacaq.

ABŞ dövlət katibi də Rusiyanın gələn bir neçə saat ərzində Ukraynadakı separatistlərin silahsızlaşdırılması çağırışının vacibliyini vurğulayıb.

Bu gün Parisdə fransız həmkarı ilə görüşündən sonra Con Kerri deyib ki, onun və Fransanın xarici işlər naziri arasında Rusiya prezidenti Vladimir Putinin separatistlərin legitim sülh prosesinin bir hissəsi olduğunu göstərməsi barədə razılıq əldə edilib.

Bundan bir gün əvvəl isə Obama administrasiyası Moskvanın Ukrayna böhranının həlli istiqamətində hərəkətə keçmədiyi təqdirdə Rusiyaya əlavə sanksiyalar tətbiq ediləcəyini bəyan edib.

Ağ Evin sözçüsü Coş Ernest bildirib ki, sanksiyalar Rusiyanın bank, enerji və müdafiə sektorlarını hədəf alacaq.