ABŞ Dövlət katibi Con Kerri Vyanada İranla danışıqlardan sonra Vaşinqtona qayıdır. İranın xarici işlər naziri isə iyulun 20-də son möhlətə qədər dünya qüdrətləri ilə razılığın əldə edilməsə, nüvə danışıqlarını davam etdirməyə çağırıb.
İranın nüvə proqramı ilə bağlı danışıqlardan sonra açıqlama verən Con Kerri deyib ki, İran və dünyanın altı qüdrətli dövlətinin diplomatları danışıqlarda müəyyən inkişafa nail olub, lakin əsas məsələlərdə hələ də fikir ayrılıqları qalır.
İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Con Kerri ilə eyni fikri bölüşərək, ciddi fikir ayrılıqlarının mövcud olduğunu deyib və əlavə edib ki, onlar prosesi davam etdirmək üçün kifayət qədər inkişaf əldə ediblər.
Həm Kerri, həm Zərif bazar günü son möhlətə qədər razılığın əldə edilə bilməsinin mümkünlüyünü qeyd edib. Con Kerri həmçinin əlavə edib ki, İranın sülhməramlı nüvə proqramına malik olmasına hüququ məsələsilə bağlı heç bir sual mövcud deyil.