İranın nüvə proqramına dair uzun-müddətli razılığa gəlmək üçün möhlətin başa çatmaq üzrə olduğu bir məqamda ABŞ dövlət katibi Con Kerri İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşür.
Yüksək rütbəli Dövlət Department rəsmisi deyib ki, Vyanda keçirilən görüşün məqsədi prosesdə irəliləyişin əldə edilməsi perspektivini müzakirə etməkdir. Kerri İranın kritik seçim etmək üçün nə qədər ciddi olub-olmadığını öyrənmək üçün ətraflı danışıqlar aparmaq istəyir.
Dünən bütün gün davam edən və razılıq əldə edilmədən bitən görüşdən əvvəl Kerri İran və altı dünya qüdrətindən ibarət qrup arasında razılğın əldə edilməsinin qarşısını alacaq böyük fikir ayrılığının mövcud olduğunu bildirib.
İran və BMT-nin Təhlükəsizlik Şurasının beş daimi üzvü və Almaniya İranın nüvə proqramının sülhməramlı məqsəd daşıdığına əmin olmaq üçün anlaşılan razılıq əldə edilməsi istiqamətində aylardır müzakirələr aparır.
Bunun müqabilində İran hökuməti iqtisadiyyatını zəiflədən beynəlxalq sanksiyaların ləğv edilməsini istəyir.