ABŞ dövlət katibi Hindistandadır

ABŞ dövlət katibi Cənubi Asiya ölkələri ilə ticarət əlaqələrinin genişləndirilməsi məqsədi ilə Hindistanda təşkil edilən investisiya sammitində iştirak edir.

Con Kerri Qucarat ştatının paytaxtı Əhmədabad şəhərinə çatan ABŞ nümayəndə heyətinə rəhbərlik edir.

Dövlət katibi sammit çərçivəsində Hinsitanın baş naziri Narendra Modi ilə görüş keçirməlidir. O, ABŞ prezidenti Barak Obamanın Hindistanın Respublika Günü mərasiminə qatılmaq planlarını da müzakirə edəcək.

Con Kerri sammitdəki çıxı zamanı qarşılıqlı və qlobal ticarət əlaqələrindən danışıb. O deyib ki, əməkdaşlıq yolu ilə Hinsitanın kənd təsərrüfatı sistemi canlandırıla bilər.

Dövlət katibi dünən Almaniyada Oman sultanı ilə görüş keçirib.

Dövlət Departamentinin bildirdiyinə görə, Kerri və sultan Qabusun söhbəti 90 dəqiqə sürüb. 74 yaşlı sultan artıq bir neçə aydır Almaniyada müalicədədir.