Kərküklə bağlı çəkişmənin qalibi İran ola bilər [Video]

İslam Dövləti qrupuna qarşı mübarizə aparan ABŞ-ın başçılıq etdiyi koalisiya bildirir ki, yerli qüvvələr İraq və Suriyada bir zamanlar İŞİD-in nəzarət etdiyi əraziləri geri alıb. Lakin terror qrupunun İraqda məğlubiyyəti qaçılmaz olduğu bir vaxt, iraqlılar diqqətlərini daha çətin bir məsələyə yönəldir. Bu da İraq kürdlərinin müstəqillik arzusudur. ABŞ-ın iki yaxın müttəfiqi arasında mübahisə ABŞ-ın düşməni İranın regiondakı nüfuzunu artırmasına imkan yarada bilər.

Düşünürəm ki, İran Aralıq Dənizinə ən sadə və qısa quru bağlantısının olmasını arzu edir. Lakin İran üçün təkcə bir quru marşrut yetərli olmayacaq.

Əhalisinin əksəriyyətini kürdlərin təşkil etdiyi mübahisəli Kərkük şəhəri hazırda İraq təhlükəsizlik qüvvələrinin nəzarəti altındadır.

Kürdlərin əksəriyyəti müstəqillik referendumunu təsdiq edəndən sonra, Bağdad Kərkükdə daha geniş federal nəzarətə çağırıb.

ABŞ bu həftə orada hakimiyyətin təhvilində iştirak etməyib, onlara öncədən xəbər verilib-verilmədiyi də aydın deyil.

“Bilirəm ki, hökümət rəsmiləri bunu ictimaiyyətə açıqladı. Amma ayın 16-nadək koalisiya olaraq xəbərdar edilib-edilmədiyimizi bilmirəm”, deyə ABŞ-ın başçılıq etdiyi koalisiyanın sözçüse Rayan Dillon söyləyib.

Bu məsələdən xəbərdar olan bir nəfər olub. O da, İraq ordusu Kərkükə daxil olandan sonra İraqın terrora qarşı mübarizə xidmətinin şəhərdə çəkdiyi bu videoda görünən açıq rəngli papaq geyinən İranın dəstəklədiyi Xalq Mobilizasiya Dəstələrinin komandiri Əbu Mehdi Il-Mühəndisdir.

Ekspertlər deyir ki, İran İslam Dövləti qrupuna qarşı mübarizəyə İraq və Suriya ilə münasibətləri gücləndirmək məqsədilə yardım edib. İran insanlar və təchizləri Tehrandan Aralıq Dənizinə keçirmək üçün təhlükəsiz marşrut yaratmaq istəyir.

Kərkük

Hazırda İran İraqın bəzi ərazilərində nüfuza sahibdir. Həmin ərazi Kərkükün şərqindən və Bağdadın şımalından Təlafərədək uzanır. Tehran İranın dəstəklədiyi yarı-hərbi dəstələrdən istifadə edərək Kərkükdəki gərginlikdən faydalana bilər və beləcə nüfuzunu orada da yaya bilər.

“Düşünürəm ki, İran Aralıq Dənizinə ən sadə və qısa quru bağlantısının olmasını arzu edir. Lakin İran üçün təkcə bir quru marşrut yetərli olmayacaq”, deyə Brukinqs İnsitutundan Maykl O’Hanlon bildirir.

İki Amerika müttəfiqi gərgin ixtilaf yaşadığı, İran isə kənardan mübahisəyə təsir göstərmək gücünə yaxın olduğu üçün Birləmiş Ştatlar İranın İraqda əlavə nüfuz əldə etməsinin qarşısını almağın yollarını tapmalıdır.