Kərkükdə iki intiharçı hücumu nəticəsində 5 nəfər həyatını itirib

İraqın şimalında Kərkük şəhərində bazar günü iki intiharçının törətdiyi hücum zaman zamanı 5 nəfər həyatını itirib, 20-dən çox insan yaralanıb.

Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, hücumun hədəfi Kərkükün mərkəzindəki şiə məscidi olub.

Hücuma görə məsuliyyəti hələlik heç kəs öz üzərinə götürməyib. Lakin bu kimi intiharçı bomba hücumları İŞİD qrupu tərəfindən törədilir.

Polisin bildirdiyinə görə, yaralananların bəzisinin vəziyyəti ağır olduğuna görə, hücumlar zamanı ölənlərin sayının daha artıq ola biləcəyi mümkündür.

Kərkükün polis rəisi şəhərin bu hissəsinin izdihamla dolu olduğunu deyib. “Terrorçular çox sayda adamı öldürmək istəyib”, o bildirib.

Bu, Bağdadın mərkəzi hökumətinin neftlə zəngin Kərkükün nəzarətini kürd qüvvələrindən geri almasından sonra şəhərdə ilk belə hücumdur. Kərkük üç il ərzində kürd qüvvələrinin nəzarətində olub.

Bağdadın mərkəzi hökuməti şəhərin və İraqın şimalındakı başqa ərazilərin nəzarətinin geri alınması əməliyyatına kürdlərin müstəqilliyə dair keçirdiyi referenduma cavab olaraq oktyabrın 16-da başlamışdı.

İraq təhlükəsizlik qüvvələri şəhərdə üstünlüyə malik olaraq, kürd peşmergə qüvvələrini geri çəkilməyə məcbur edib. Bu əməliyyat nəticəsində Bağdad həmçinin Kərkükdə dövlətə məxsus neft şirkəti tərəfindən idarə edilən bütün neft yataqlarının nəzarətini də əlinə alıb.

İraq təhlükəsizlik qüvvələri bildrib ki, İŞİD-in özünün elan etdiyi xilafətin bütünlüklə süquta uğramasından sonra İraqda üsyançı əməliyyatlar keçirəcəyi gözlənilir. Təhlükəsizlik qüvvələrinin bildirdiyinə görə, qrup İraqın qərb və şimal hissələrində böyük ərazilərdən sıxışdırılıb çıxarılıb.