Keniyada avtobus qəzaya uğrayıb

Rəsmilər Keniyanın şərqində avtobus qəzasında 35 nəfərin həlak olduğunu deyib.

Xilas olanlar qəzanın ümumilli seçkilərdə səs vermək üçün evlərinə qayıdarkən Mvinqi şəhərində baş verdiyini deyib.

Qəzanın səbəbləri müəyyən edilməyib. Lakin bəzi şahidlər qəzaya avtobusun sürətlə getməsi və sərnişinlərin sayının çox olmasının səbəb olduğunu deyib.