Kendo sənəti
Your browser doesn’t support HTML5
Kendo (Ken-qılınc, Do-yol) - Yapon qılınc oynatma sənətidir. Kendo məşqləri [keiko-gi] və [hakama] adlı Yapon geyimləri, eyni zamanda qoruyucu zireh geyinərək aparılır. Kendoda bambukdan düzəldilmiş təlim qılıncından istifadə edilir. Yüksək dərəcələr əldə etdikdən sonra bəzi nümayişlər üçün həqiqi qılıncdan da istifadə edilir.
Kendo ustası deyir ki, Azərbaycanda kendo ilə məşğul olanların sayı azdır. Qonşu ölkələrdə bu göstərici dəfələrlə çoxdur.
Kendonun fiziki və psixoloji faydaları da var. Dilqəm Osmanov deyir ki, kendo insanlarda özündən əminlik yaradır.