Yeni diaqnoz metodu lüzumsuz kemoterapiyanın qarşısını alır [Video]

Your browser doesn’t support HTML5

A Wrecked boat comed ashore in Coconut Grove following Hurricane Irma in Miami, Florida.

Oncotype DX adlanan ABŞ-da hazırlanmış yeni test xəstənin kimyəvi terapiyaya necə cavab verəcəyini təyin edir.

Döş xərçəngi xəstələri kimyəvi terapiyadan qorxurlar, çünki onun çox sayda əks təsirləri olur. Məsələn, nasazlıq, saç tökümü, habelə ağciyər, qaraciyər və sümüklərə verdiyi zərərlər. Genlərə əsaslanan yeni test artıq həkimlərə bu xəstələri yoxlamağa və lazımsız müalicədən yayınmağa imkan yaradır.

“Oncotype DX hüceyrələrin içində gedən proses barədə effektiv məlumat verir. Daha sonra biz bu genlər barədə əldə etdiyimiz məlumatla şişin bədənin digər hissələrinə yayılıb-yayılmayacağını müəyyən edə bilirik.

Döş toxumalarının nümunələri bədxassəli şişin olduğunu işarə edəndə, çox vaxt həkimlər əməliyyat, sonra isə altı ay davam edən dərman müalicəsi təyin edirlər və buna gələcəkdə xərçənq hüceyrələrinin yayılmasının qarşını almaq üçün tətbiq edilən kimyəvi terapiya da daxildir.

Kimyəvi terapiya geridə qalan xərçəng hüceyrələrini öldürür, amma eyni zamanda əks təsirlər də yaradır. Bunların sırasına ürəkbulanması, saç tökümü, halsızlıq və hətta sonzuqluq və bəzi orqanlara zərər daxildir.

“Biz bilirik ki, bəzi dərmanlar ürəyə təsir edə bilər. Məsələn, demensiya riskinin az şəkildə artması kimi uzun-müddətli təsirlər və təbii ki, tələb olunan dörd aylıq müalicənin xoşagəlməziliyi. Çox vaxt bu müalicə insanları altı ay müddətinə iş yerlərindən kənar qalmağa məcbur edir.”

Oncotype DX adlanan ABŞ-da hazırlanmış yeni test xəstənin kimyəvi terapiyaya necə cavab verəcəyini təyin edir.

“Oncotype DX hüceyrələrin içində gedən proses barədə effektiv məlumat verir. Məsələn, hansı genlərin bu növ xərçəngin yaranmasına təsir etdiyini öyrənirik. Daha sonra biz bu genlər barədə əldə etdiyimiz məlumatla şişin bədənin digər hissələrinə yayılıb-yayılmayacağını müəyyən edə bilirik.”

Kimyəvi terapiyadan yayınmaq Nia Braton kimi xəstələrin normal həyatlarına davam edə bilməsi deməkdir. Onlar sadəcə xərçəngin geri qayıtmadığından əmin olmaq üçün mütəmadi olaraq yoxlanışlardan keçməlidirlər.

Oncotype DX xəstəliyin geri qayıtmaq ehitmalı ilə bağlı məlumat verən genlərə əsaslanan bir sıra testlərdən biridir və xəstəliyin ilkin mərhələlərində daha dəqiq olur. Prosigna və Endopredict kimi buna bənzər digər testlər isə Böyük Britaniya, Almaniya və Avstriyada klinik sınaqlardan keçirlər.

Hələ ki, Oncotype DX sadəcə döş xərçəngi hallarında istifadə olunur, amma araşdırmaçılar buna bənzər testlərin xərçəngin digər növləri üçün də inkişaf etdirilə biləcəyini deyirlər.