Kataloniya prezidenti regionda seçkilər keçirilməyəcəyini bildirərək, parlamentə irəliyə hansı yollarla addım atılmasının müəyyən edilməsini tapşırıb.
Gecikdirilən, təxirə salınan və cədvəli dəfələrlə dəyişdirilən bəyanatla çıxış edən Çarlz Piqdemon Madrid hökumətindən seçkilər yolu ilə Kataloniyanın nəzarətinin mərkəz hökumətə keçməyəcəyinə zəmanət almağın mümkün olmadığını deyib.
"Mən seçkilərə yalnız qarantiya verildiyi halda hazıram, lakin bu gün seçkilər keçirilməsinə heç bir qarantiya görmürəm " deyə, prezident bildirib.
Senat cümə günü Kataloniyanın birbaşa idarəçiliyini müzakirəyə çıxaracaq.
Bu arada Kataloniyadan ərzaq, maşın və digər məhsulların boykot çağırışı şirkətləri narahat etməyə başlayıb.
“Frans Press” agentliyi yazır ki, boykotçuların məqsədi bu regionu separatçı hərəkətlərinə görə cəzalandırmaqdır.
Oktyabrın 1-də keçirilən müstəqillik referendumundan sonra boykot çağırışları güclənib. Kampaniya Kataloniyanın kənd təsərrüfatı və ərzaq sektorlarını hədəf alıb. İstehlakçıları, kava köpüklənən şərabını, Estrella Damm pivəsini, Vichy Catalan və Font Vella qablaşdırılmış sularını almamağa çağırır.
Kataloniyanın dərman bazarının, eləcə də Almaniyanın Volkswagen şirkətinin İspaniyadakı Seat filialının hazırladığı maşınlarının ziyan çəkəcəyi gözlənir.
Nestle və Unilever kimi xarici transmilli şirkətlərin Kataloniyada hazırladığı məhsullar da hədəfdədir. Mobil telefon apps-ləri istehlakçılara bu separatçı regiondan hansı məhsulların gəldiyini müəyyənləşdirməyə kömək edir.