Belçikada təslim olan Kataloniya liderləri azadlığa buraxılıblar

Kataloniyanın sabiq prezidenti Karles Puçdemon

Kataloniyanın vəzifədən uzaqlaşdırılmış sabiq lideri Karles Puçdemon və Kataloniya nazirlər kabinetinin dörd sabiq üzvü Belçikada təslim olduqdan sonra bazar günü axşam saatlarında azadlığa buraxılıblar. Gözlənilirdi ki, sabiq prezident və nazirlər, inqilab təşkil etdikləri üçün İspaniyaya ekstradisiya olunacaqlar.

Katalan liderinin vəkili deyib ki, sabiq prezident şərtlə azad edilib.

Belçikalı istintaq hakimi beş kataloniyalı siyasətçinin həbs edilməsinə səbəbin olmadığını və onların Belçikada qalmaq və iki həftədən sonra məhkəmədə iştirak etmək şərtilə azadlığa buraxılması qərarı verib.

Kataloniyanın liderləri İspaniyada onların həbs olunmaları ilə bağlı orderin verilməsindən sonra təslim olublar.

Puçdemonla bərabər həbs orderinə daxil olan Kataloniya liderləri sabiq kənd təsərrüfatı naziri Meritçel Serret, sabiq səhiyyə naziri Antoni Komin, sabiq mədəniyyət naziri Luis Puç və sabiq təhsil naziri Klara Ponsatidir.