Rusiya Vətəndaş Birliyi Cəbhəsinin lideri Qarri Kasparov ABŞ-ın çox vat milli strateji maraqlardan çıxış edərək, insan hüquqlarını pozduqlarına görə rejimləri seçmə yolla tənqid etdiyini deyib. Rusiya müxalifət lideri bu açıqlamaları ABŞ paytaxtı Vaşinqtonda insan hüquqlarına dair keçirilmiş konfransda çıxışında verib. O qeyd edib ki, ABŞ hökuməti insan hüquqlarının müdafiəsi sahəsində mənəvi liderliyini bərpa etmək üçün ikili standartlardan əl çəkməlidir.
Amerikanın səsinə müsahibə verən Qarri Kasparov həmçinin Rusiyada prezident seçkiləri haqda firkilərilə də bölüşüb. Rusiya və Sovet İttifaqında vəziyyəti fərqləndirən Kasparovun sözlərinə görə, sovet dövründə dissident hərəkatının tərəfdarları azad dünya ilə onlar arasında bir mənəvi həmrəylik olduğunu hiss edirdi. “Qərb ölkələrinin liderləri və ilk növbədə Ronald Reyqan buna diqqət verirdilər. Reyqan sovet liderləri ilə nüvə silahlarının ixtisarın dair danışıqlar aparırdı, amma eyni zamanda siyasi məhbuslar və elementar insan hüquqlarına hörmət edilməsi məsələrinin arxa plana keçməməsinə çalışırdı”-deyə Kasparov bildirib.
Onun sözlərinə görə, hazırkı qlobal dünyada neft və qaz satışlarından əldə edilən böyük maliyyənin inkişaf etmiş ölkələrin iqtisadiyyatında böyük rol oynamağa başladığı şəraitdə hökumətlərin qəbulolunmaz bir vəziyyətdə müdaxilə etməsi üçün həddi müəyyən etməsini çətinləşdirir. “Məhz buna görə bu mövqedən çıxış edirəm ki, ikili standartlara son qoyulmalıdır. Lukaşenkonu diktator adlandırıb, Putinə strateji müttəfiq demək məncə, düzgün deyil. İrandan nəsə tələb edib, Bəhreyn və Səudiyyə Ərəbistanında insan hüquqları sahəsində vəziyyət isə demək olar eyni olduğu halda buna əhəmiyyət verməmək olmaz. İkili standartlardan əl çəkmək Birləşmiş Ştatlara dünyada demokratiya və insan hüquqlarına əsaslanaraq liderlik mövqeyində olmasına imkan vermiş mənəvi liderliyi bərpa edə bilməsinin yoludur”-deyə Kasparov bildirib.
Rusiya müxalifət lideri Rusiyada siyasi vəziyyəti təhlil edərək, ölkədə azad seçkilərin əhəmiyyətini vurğulayıb. Qarri Kasparov Rusiya cəmiyyətində ölkədə baş verən hadisələrə maraq göstərən insanların, etiraz nümayişlərinə qoşulanların sayının artdığını qeyd edib. Kasparovun sözlərinə görə, bu gün insanlarda müəyyən liberallaşma ilə bağlı heç bir illüziya və ümid yoxdur. O deyib ki, 90-cı illərdən fərqli olaraq, insanlar indi prezident Putinə ümidlə baxmır. “Putin indi ətalət prezidentidir. Putin tərəfdarının şüurunda ətalət mövcuddur və bunu hökumətin özünün rəy sorğuları göstərir. İnert dəstək hakimiyyətin güclənməsinə impuls verə bilməz. Əsas məsələ vəziyyətdən narazı olan insan kütləsinin hərəkətə keçməyə nə zaman hazır olmasındadır. Çünki əsas sual budur: “Bəs sonra nə olacaq?” Müxalifət üçün isə həyat əhəmiyyətli vacib məsələ budur ki, biz Putini kim əvəz edəcək deyil, Putini nə əvəz edəcək üzərində fikirləşməliyik, yəni sistemli dəyişiklərdən söhbət gedir. Dəyikşliklərə aparan, Putin rejimindən imtina etməyə hazır olub, sonra nə olacağını başa düşməkdikləri üçün fəaliyyətə keçməyə hazır olmayan insanlara psixoloji cəhətdən rahatlıq verəcək bir yol xəritəsi lazımdır. Müxalifətin burada rolu olduqca əhəmiyyətlidir, çünki müxalifət Rusiyada insanlar tərəfindən seçilmiş fəaliyyət göstərən yeganə legitim orqandır.”-deyə Kasparov fikrini tamamlayıb.
Rusiya Vətəndaş Birliyi Cəbhəsinin lideri deyib ki, ölkə daxilində və dünyada gedən dəyişiklər nəzərə alınsa Rusiyada hakimiyyət dəyişikliyi növbəti 2-3 il ərzində baş verə bilər.