Amerika səfirliyi “Karyera Günü və İş Yarmarkası” təşkil edib [Video & Fotoqalereya]

Your browser doesn’t support HTML5

Amerika səfirliyi “Karyera günü və İş Yarmarkası” təşkil edib

Yarmarkada 22 şirkət iş yerləri təklif edib

Dekabrın 3-də Bakı Amerika Mərkəzində ABŞ Təhsilli Azərbaycan Məzunlar İctimai Birliyi, Amerika Mərkəzi və ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəyi ilə “Karyera günü və İş Yarmarkası” təşkil edilib.

Yarmarkada 22 şirkət iş yerləri təklif edib. Onların arasında Azərcell, P&G, Coca-Cola, Deloitte, ASAN Xidmət, Azərsun, ADA Universiteti, Youth Inc. Incubator, Hilton, Marriot, İslamic Games, Təhsil Nazirliyi, FMSC, SOCAR, Engin kimi müəssisələr var.

Yarmarkaya yüzlərlə insan müraciət edib.

Yarmarkaya paralel olaraq müxtləlif ABŞ Dövlət proqramları məzunları tərəfindən uğurlu karyera qurmaq, şəbəkələşmə və müsahibə bacarığı, şəxsi brendin yaradılması və idarə edilməsi mövzularında karyera inkişaf sessiyaları təşkil olunub.

Açılış mərasimində çıxış edən ABŞ-ın Azərbaycandakı səfirinin müavini Vilyam Gill bildirib ki, ABŞ-da təhsil almış məzunlar özlərini dünyanın hər yerində təsdiq edirlər. “ABŞ məzunları özlərini açıq fikirlikləri, böyük ideyaları və yaradıcılıqları ilə Azərbaycanda da təsdiq ediblər”, o qeyd edib.

Onun sözlərinə görə, tədbirə özəl sektorda, dövlət qurumlarında və biznes sahəsində çalışan ABŞ universitetlərinin məzunları cəlb olunub.

“Onlar iştirakçılarla təcrübə, bilik və bacarıqalrını bölüşəcək”, səfir müavini bildirib.

Amerika səfirliyi “Karyera günü və İş Yarmarkası” təşkil edib