ABŞ-ın müdafiə naziri vəzifəsinə Əfqanıstan və Küveyt səfəri ilə start verib [Video]

Your browser doesn’t support HTML5

ABŞ-ın müdafiə naziri Eşton Karter vəzifəsinə Əfqanıstan və Küveyt səfəri ilə start verib.

Müdafiə naziri kimi Eşton Karter təcrübə qazanır, perspektivlərə nəzər salır.

ABŞ-ın veteran diplomatı Ceyms Dobbins Avropa İttifaqı və Əfqanıstan üzrə təmsilçi olub. Hazırda o, RAND korporasiyasına çalışır. “O, vəzifədə çalışmadığı bir il ərzində baş verənlərlə tanış olmalıdır.”

Bu il ərzində böyük dəyişikliklər baş verib. ABŞ müdafiə nazirinin səfərinin ilk dayacağı olan Əfqanıstanda hərbi missiyasını başa vurub. “İndi bizim məqsədimiz nailiyyətlərin qorunub saxlanmasıdır."

Avropaya gəldikdə isə Rusiya Ukrayna münaqişəsinə müdaxilə edir.

İslam Dövləti İraq və Suriyanın böyük hissəsini alt-üst edib.

“Biz bəlkə də əvvəlki qədər böyük təhlükə ilə deyil, daha müxtəlif çeşidli, daha mürəkkəb təhlükə ilə üzləşmişik”- deyə Ceyms Dobbins bildirib.

Eşton Karter: “Məhz buna görə mən bütöv komanda ilə çalışmaq istəyirəm.”

Karterin səfərinin ikinci dayanacağı Küveyt İslam Dövlətinin təhlükəsi ilə bağlı olub. Nazir ABŞ rəsmilərindən ibarət Amerika komandasının nümayəndələri ilə görüşüb. Pentaqon görüşü araşdırma missiyası adlandırıb. Pentaqonun sözçüsü Stiv Uorren: “Görüşün məqsədi nəticə əldə etmək deyildi. Məqsəd naziri baş verən fəlakətlə, regiondakı durumla, İslam Dövləti ilə mübarizənin əhəmiyyəti ilə tanış etmək idi.”

Karter səfəri zamanı koalisiyanın strategiyasının nəzərdən keçiriləcəyini deməyib. "Bu qəddar qrupun məğlubiyyət səyləri davam etdiriləcək və məqsədə nail olunacaq." ​

Karterin çıxışı İraq qüvvələrinin Əl-Bağdadi şəhərində cihadçılara qarşı hücuma hazırlşdığı vaxta təsadüf edib.