Birləşmiş Ştatların müdafiə naziri Eş Karter ordu komandirləri və İraq liderləri ilə İraq və Suriyadakı İslam Dövləti yaraqlıları ilə mübarizənin davam etdirilməsinin yollarını müzakirə etmək üçün ölkəyə səfər edir.
Cənab Karterin Bağdada əvvəlcədən elan edilməmiş səfəri Birləşmiş Şatatların İraqda hərbi qüvvələrinin sayının artırılması məsələsini nəzərdən keçirdiyi vaxta təsadüf edir.
Müdafiə Nazirliyinin yüksək səviyyəli rəsmiləri İraqın özünə lazım olan istəkləri çəkinmədən tələb etdiyini deyirlər. İraqa səfər etməzdən əvvəl cənab Karter lazımi tövsiyələrin təsdiq edilməsi ilə bağlı Ağ Evə müraciət edib.
Keçən şənbə günü cənab Karter deyib ki, ABŞ qüvvələrinin İraqda mövcudluğu bu ölkənin hərbi qüvvələrini əvəz etmək məqsədi daşımır.