Karbon və metan üzərində yeni araşdırmalar aparılır [Video]

Your browser doesn’t support HTML5

Ötən həftə ABŞ-ın böyük bir hissəsində soyuq şimal burulğanı yaşanıb və bir çox yerdə temperatur 10 dərəcədən aşağı olub. Amma hava bir şeydir, iqlim isə başqa bir şey. Ona görə də, belə bir soyuq hava ərəfəsində san-fransiskolu alimlər iqlim dəyişikliyini müzakirə edir. Eyni zamanda NASA karbon dioksinin yer kürəsinin atmosferini keçdiyini göstərən yeni şəkillər paylaşıb.

NASA-nın kosmos uçuş mərkəzinin çəkdiyi yeni şəkildə 2014-cü ilin sentyabr və 2015-ci ilin avqust ayı arasında karbon dioksidin yer kürəsinin atmosferindən keçidi göstərilir.

Bu məlumat NASA-nın 2014-cü ilin iyul ayında başlatdığı Karbon Observatoriyasından gəlir.

NASA bildirir ki, bu, alimlərin karbon axını, yəni okean və torpağın atmosferdəki karbonu özünə çəkmək yolları ilə bağlı daha çox məlumat əldə etmələrinə yardım edəcək.

Hazırda okean və torpaq havadakı karbonun yarısını çəkir. NASA ümid edir ki, bunun kimi məlumatlar hansı ekosistemlərin karbonu daha yaxşı özünə çəkdiyini və okeanın insanların havaya buraxdıqları istixana qazlarının çəkməyə davam edib-etməcəyəyini göstərəcək.

Bu arada isə San Fransiskoda yeni bir təqdiqatda bir başqa istixana qazı, metan araşdırılır.

“Metan çox güclü istixana qazıdır və karbon dioksiddən də 28 dəfə daha güclüdür,” deyə Versailles Universitetindən Filip Busket bildirir

Alimlər havada metanın artdığını müşahidə edirlər.

“Atmosferdə durqunluqdan 10 il sonra 2007-ci ildən başlayaraq metan yenə artmağa başladı. İndi isə biz o zamandan bəri davamlı son iki ildə isə hətta sürətli artım müşahidə edirik,” Busket deyir.

Tədqiqatçılar deyir ki, bu artımın ən yüksək ehtimallı səbəbi mal-qara və heyvandarlıq sənayesidir.

Bunu müəyyən edib, artımı yavaşlatmaq isə planetimizin istilənmə sürətini azaltmaq prosesinin böyük bir hissəsidir.