Martın 29-da Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev və Fövqəladə Hallar Naziri Kamaləddin Heydərov Rusiya Federasiyasından avtomobil yolu ilə Azərbaycana gəldikdən sonra sanitar-karantin tədbirlərinə cəlb olunmuş vətəndaşlarla görüşüblər.
Bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.
Məlumatda yazılıb ki, vətəndaşların karantində qalma şəraitləri və qidalanma vəziyyətinə baxış keçirilib: “ Üzləşdikləri problemlərlə maraqlanılıb, xahiş və müraciətləri dinlənilib, qaldırılan məsələlərin qısa müddətdə öz həllini tapması üçün tədbirlər görülüb”Məlumatda vurğulanır ki, habelə karantin şəraitində yerləşdiriləcək şəxslər üçün əlavə ayrılmış yerlər və oradakı şərait öyrənilib:
“Vətəndaşların və şəxsi heyətin... sağlamlıqlarının qorunması üçün görülmüş işlər nəzərdən keçirilib, zəruri göstərişlər verilib.
Dövlət sərhədindən buraxılış məntəqəsində rejim tədbirlərinin təşkili vəziyyəti, ölkəyə gələn şəxslərin karantin ərazisinə təxliyə edilməsi məsələləri nəzərdən keçirilib, birgə fəaliyyətin yüksək səviyyədə təşkil olunması qeyd edilib və bu istiqamətdə aidiyyəti dövlət orqanlarının əməkdaşlığının daha da təkmilləşdirilməsi üzrə müvafiq tapşırıqlar verilib”
Son günlər sosial şəbəkələrdə Rusiyadan Azərbaycana gəldikdən sonra karantinə alınan şəxslərin narazılığına aid müxtəlif vidiolar yayılıb. Həmin vidolarda Azərbaycan ərazisində qurulan cadırlarda həm sanitar qaydalara rəiyyət edilmədiyi, həm də şəraitin ağır oldyuğu iddia edilirdi.