Təhqiqat: Kapitoli binasına hücumda onlarla ekstremist qrupun üzvləri iştirak edib

ABŞ prezidenti Donald Trampın tərəfdarlarının Kapitoli binasına hücumdan sonra təhqiqatçılar onlarla ekstremist qrupun üvzlərini müəyyən edib.

Kapitoliyə hücum edənlər arasında QAnon konspirasiya qrupu, ifrat sağçı Proud Boys, ağ suprematislər, maska əleyhinə olanlar və Trampın ifratçı tərəfdarları yer alıb.

Qiyamçılar geyimləri, işarələri, bayraqları, plakatları və digər göstəriciləri ilə müəyyən edilib.

Bəzi qruplar əlaqələrini gizlətməyə çalışarkən, digərləri ideoloji mənsubiyyətlərini nümayiş etdirib.

Proud Boys qrupunun üzvləri portağal papaqlarla bir dövlət fəsilinin üzvləri kimi kamera qarşısına çıxıb. Bəziləri ABŞ inqilabı dövründəki Amerika bayrağı daşıyıb.

Milislərin və Proud Boysun iştirakı ən çox diqqət cəlb edib. Az tanınan qrupların üzvləri də qiyamçılara qoşulub.

Milliyyətçi Sosialist Klubu və ya Qaraların həyatı mühümdür etirazlarını pozmaqla tanınan və bu yaxınlarda qurulmuş nifrət qrupu olan NSC-131 də hücumda iştirak edib.

ABŞ-da koronavirusun yayılmasında "anti-ağ"ları günahlandıran ağ millətçi qrup No No White Guilt də hücumçular arasında olub.

Hücumda nə qədər ekstremis qrup üzvlərinin iştirak etdiyi bəlli deyi. QAnon on minlərlə tərəfdarına sahib olsa da, müəyyənləşdirilən digər qruplardan üzvləri daha az olub.

İğtişaşlarda iştirak edənlərin dəqiq sayıheç vaxt bəlli olmaya bilər.

Prokurorlar indiyə qədər iğtişaşlarda iştirak etməkdə təqsirləndirilən 300-ə yaxın şübhəlini müəyyənləşdirib və bir-iki istisna olmaqla, onları heç bir ekstremist qrupa bağlamayıb.

İğtişaşlardan iki gün sonra Federal Təhqiqatlar Bürosu (FBİ) iğtişaşçılar arasında olan Proud Boys-un Havaynin qurucusu Nick Oçsu həbs edib.

FBİ QAnonu potensial daxili terror təhlükəsi yaratdığını bildirir.