Kanadanın birinci xanımı koronavirusa yoluxub

Kanadanın baş naziri Castin Trudonun həyat yoldaşı Sofi Trudo koronavirusa yoluxub. Baş nazirin nümayəndəsi bildirib ki, baş nazirin özündə xəstəliyin simptomları yoxdur, sağlamlığı normaldır.

Açıqlamaya görə, Castin Trudonun həyat yoldaşı artıq ətraf aləmlə tamamilə təcrid olunub. Baş nazir isə 14 gün karantinə alınıb.

İranda yoluxanlar və ölənlər durmadan artır.

İran isə cümə axşamı Beynəlxalq Valyuta Fondundan 10,000-dən çox insana yoluxan və yüzlərlə insanın ölümü ilə nəticələnən yeni bir virusun yayılması ilə mübarizə aparmaq üçün təcili olaraq 5 milyard dollar borc istəyib.

Hər gün televiziya ilə yayımlanan mətbuat konfransında çıxış edən İranın Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuşh Cahanpur bildirir ki, son 24 saat ərzində 75 adam ölüb, 1000-dən çox yoluxma halı aşkarlanıb. Beləliklə, İranda virusdan ölənlərin sayı 429-a, yoluxanların sayı isə 10,075-ə çatıb.

Avropa İttifaqı İtaliya ilə sərhədləri məhdudlaşdırır,

Cümə günü Avropa İttifaqının daxili işlər nazirləri xəstəliyin yayılmasını yavaşlatmaq üçün fərdi tədbirlər gördüyünü bildirib. Avropada xəstəlyin mərkəzi olan İtaliya ilə qonşuları olan Avstriya və Sloveniya da daxil olmaqla, bəzi ölkələr sərhədlərdə nəqliyyatın məhdudlaşdırılması üçün tədbirlər görməyə başlayıb.

Koronavirus hazırda Avropa İtifaqının bütün 27 ölkəsində mövcuddur. Qitədə 1000-dən çox ölüm və 22 mindən çox yoluxma halı təsdiqlənib.