Kanadanın Kalqari şəhərində 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edilib

Kanadanın Kalqari şəhərində 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edilib

Kanadanın Alberta vilayətinin ən böyük şəhəri olan Kalqari şəhərinin meri Nahed Nenşi 31dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi gününün tanınmasına dair müraciətnamə qəbul edib.

Sənəddə deyilir ki, 1989-cu il dekabrın 31-də Azərbaycan xalqı sovet Azərbaycanı və İran arasında dəmir səddin götürülməsinə çağırdı və o vaxtdan bütün dünyada yaşayan azərbaycanlılar bu günü həmrəylik günü kimi qeyd etməyə başladı.

Müraciətnamədə göstərilir ki, Kanadada yaşayan Azərbaycan icmasının üzvləri hər il dekabrın 31-də bir araya gələrək, öz mədəniyyətlərini tərənnüm edir və birgə tədbirlər keçirməklə qeyd edir.

Müraciətnamədə bildirilir ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi günü hər bir azərbaycanlı üçün inam və ümidlə dolu bir gündür. Sənəddə Kanadada 275 min azərbaycanlının yaşadığı qeyd edilir.

“Bütün bunları nəzərə alaraq Şəhər Şurası və Kalqari şəhərinin vətəndaşları adından 2011-ci il dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi günü elan edirəm”-deyə mer Nahed Nenşinin bəyanatında bildirilir.