Kanadada quraqlıq yanğınlara səbəb olub

Kanadanın Alberta regionunun Fort MakMurrey şəhəri kütləvi meşə yanğınları səbəbilə tam evakuasiya edilib.

Yanğınsöndürənlər dayanmadan artan yanğının qarşısını almaqda çətinlik çəkir. 90 minə yaxın insan təcili şəhəri tərk etməli olub.

Yanğınla bağlı ölənlərin olmadığı bildirilir.

Rəsmilər yanğınlara səbəb kimi qeyri-adi isti hava və quraqlığı göstərir.

Fort MakMurrey şəhərində 1600-dən çox tikili yanıb.