Kanada polisinin hesabatında deyilir ki, keçən ilin oktyabr ayında parlament binasına terror hücumunda zabitlər silahlı şəxsin qarşısını təlimsizlik və kommunikasiya problemlərinə görə ala bilməyiblər.
Ontario polisinin hesabatında deyilir ki, parlament binasının əsas girişində duran təhlükəsizlik işçiləri silahsız olduğu üçün terrorçu binaya daxil olub.
Silahlı şəxs parlament binasına tərəf avtomobilini sürməzdən əvvəl təhlükəsizlik işçisinə atəş açaraq öldürüb. Terrorçu sonra bina yaxınlığında silahla vurularaq öldürülüb.
Hesabatda həmçinin deyilir ki, zabitlərin radio kommunikasiyasında həmin vaxt problem yaranıb. Kanada polisi hücumdan sonra təhlükəsizlik prosedurlarını yenidən gözdən keçirib.