Kanadanın kəşfiyyat agentliyinin məlumat əldə etmə qanununa dəyişiklik edilib

  • Amerikanın səsi

Kanadanın kəşfiyyat agentliyinin məlumat əldə etmə qanununa dəyişiklik edilib

Kanada hökuməti insanların həyatını xilas etmək üçün kəşfiyyat agentliyini xarici ölkələrdən işgəncələrlə əldə edilən məlumatlardan istifadə etməyə istiqamətləndirib.

İctimai təhlükəsizlik naziri Vik Toevs dünən parlamentdəifadə verərkən yeni qanunun təstiqləndiyini etiraf edib. Toevs bildirib ki, işgəncə ilə məlumat əldə etmə üsulu ümumiyyətlə etibarlı sayılmır. Lakin Kanada vətəndaşlarının həyatı təhlükə altında olduğu təqdirdə vəziyyət dəyişir.

Nazirliyin 2009-cu ildə çıxardığı qərar Kanada Təhlükəsizlik və Kəşfiyyat xidmətini işgəncələr nəticəsində əldə edilən məlumatlara etibar edilməməsini təlimatlandırırdı.