Kallas Aİ diplomatiyasına rəhbərlik etmək üçün Estoniyanın Baş naziri postunu tərk edib

Kaya Kallas

Estoniyanın Baş naziri Kaya Kallas Avropa İttifaqının xarici siyasət üzrə ali komissarı vəzifəsini icra etmək üçün vəzifəsindən istefa verib. Bu barədə bazar ertəsi Estoniya Prezident İdarəsi məlumat yayıb.

Estoniyanın ictimai tele-kanalı ERR-in dediyinə görə, Kallas avqustun əvvəlinə, yeni kabinet təsdiqlənənə qədər ölkə hökumətinin başçısı vəzifəsini icra edəcək.

Bu ilin iyununda Brüsseldə keçirilən sammitdə Avropa İttifaqı ölkələrinin liderləri blok liderlərinin növbəti beş il üçün namizədliyini təsdiqləyib.

Ursula Fon Der Leyen Avropa Komissiyasının sədri olaraq qalır. Portuqaliyanın keçmiş Baş naziri Antonio Kosta Avropa Şurasının rəhbəri postunda Şarl Mişeli əvəz edəcək.

Kaya Kallas əvvəllər Cosep Borrelin rəhbərlik etdiyi Avropa İttifaqının Xarici Siyasət İdarəsinə rəhbərlik edəcək.

Yeni vəzifəsi ilə əlaqədar Kallas bildirib ki, bu, “geosiyasi gərginlik dövründə böyük məsuliyyətdir”.