Kaliforniyanın əsas magistralı yanğın səbəbindən bağlanıb

Kaliforniya ştatının şimalında davam edən meşə yanğınları səbəbindən bazar günü ABŞ-ın qərb sahilindəki ən uzun magistral yol bağlı qalıb.

Həftələrdir davam edən yanğın şimali Kaliforniyada 16 600 hektar ərazini yandıraraq kül edib. Beş gün əvvəl isə yanğın Reddinqin şimalındakı mühüm ticari magistral yolunun 72 kilometrinin bağlanmasına səbəb olub.

Yanğın şossenin hər iki tərəfini əhatə etdiyi üçün yük maşınlarının sürücüləri öz avtomobillərini tərk etməyə məcbur olub. Rəsmilərin sözlərinə görə, tərk edilmiş on yeddi ədəd yük maşınından ən az beşi alışaraq yanıb.

Şəhər rəsmiləri bildiriblər ki, çərşənbə axşamı günortadan sonra baş verən yanğ insan tərəfindən törədilib. Ancaq yanğının qəza və ya bilərəkdən törədildiyi dəqiqləşdirilməyib.

Yanğın bir neçə həftə əvvəl səkkiz nəfərin öldüyü və mindən çox evin məhv olduğu Carr yanğınına yaxın ərazidə baş verib.